Turizm lüğəti

Bu lüğət müasir turizmdə qəbul olunmuş termin və anlayışların izahını əks etdirir. Lüğət spesifik turistik terminlərlə ilkin tanışlıq xarakteri daşıyır, normativ sənəd deyil və bütün turistik terminləri deyil, sadəcə ən çox rastlananları əks etdirir.

  • AI (All inclusive – hər şey daxil) – təkcə gündə 3 dəfə qidalanmanın deyil, bir çox əlavə xidmətlərin də qiymətə daxil olduğu yerləşmə növü. Bu xidmətlərin siyahısı oteldən asılı olaraq dəyişilir, ona görə də, Aİ-yə daxil olan xidmətlər haqqında məlumatları tur agentdən öncədən öyrənin ki, oteldə əlavə xərclərlə qarşılaşmayasınız.
  • BB (bed and breakfast – səhər yeməyi daxil) – oteldə səhər yeməyi daxil yerləşdirmə nəzərdə tutulur.
  • Chld (Child) – qiymət 2 nəfər böyük+uşaq üçün göstərilir.
  • DBL (double – iki) – iki nəfərlik nömrə.
  • ExB (extra bed) – 2 nəfərlik nömrədə əlavə çarpayı.
  • FB (full board – tam pansion) – oteldə gündə 3 dəfə qidalanma (səhər+nahar+şam) rejimi nəzərdə tutulur. Nahar və şam yeməyi zamanı içkilər çox zaman bu qiymətə aid edilmir.
  • HB (half board – yarım pansion) – oteldə gündə 2 dəfə qidalanma rejimi. Adətən, bu səhər və axşam yeməyi olur, amma bəzi otellərdə səhər və günorta yeməyi kimi nəzərdə tutula bilər. Nahar və şam yeməyi zamanı içkilər çox zaman bu qiymətə aid edilmir.
  • OB (only bed – səhər yeməyi daxil deyil) – ancaq oteldə yerləşmə nəzərdə tutulur.
  • SGL (single – tək) – bir nəfərlik nömrə.
  • SV (sea view) – dəniz mənzərəli nömrə.
  • TRPL (triple – üç) – üç nəfərlik nömrə.
  • Suite – lüks nömrədə yerləşdirilmə. Suite otaqlar oteldən asılı olaraq Deluxe suite, Junior suite, Family suite, Executive suite və Presidential suite olmaqla bir çox növlərə ayrıla bilərlər ki, bu zaman onlar nömrənin sahəsinə, yataq və vanna otaqlarının sayına və s. amillərə görə bir-birindən fərqlənirlər.
  • Bungalo – Kiçik turist mehmanxanasl (adətən, dəniz sahilində yüngül materiallardan inşa olunur). Gənclər üçün olan turizm mərkəzlərində daha çox rast gəlinir.
  • Cabana – Çimərlik və ya hovuz kənarında, bunqalo tipli, əsas binadan ayrı olan tikili.
  • Bellman – Otel müştərilərinin baqajını daşıyan və digər istəklərini yerinə yetirən otel xidmətçisi.
  • Guide (Gid/Bələdçi) – Tursitlərlə ekskursiyanın keçirilməsi ilə məşğul olan və bunun üçün lisenziyası olan şəxs.
  • Full House – Hər hansı otelin bütün nömrələrinin dolu olduğunu bildirir.
  • Front Desk – Oteldə qonaqların qeydiyyata alındığı administratorun kürsüsü.
  • Hotel Garni – Restoranı (hətta səhər yeməyi) olmayan otel.
  • Kurort – Qonaqların rekreasiya və əyləncə məqsədləri ilə məzuniyyət müddətlərindən qaldıqları otel.
  • Camping (Kemping) – Şəhərdən kənarda və ya hər hansı istirahət zonasında (ən elementar rahatlıq avadanlıqlar təchiz olunmuş yay evləri, çadırlar) avtoturistlər üçün olan düşərgə.
  • Karavan turizmi – Avtoturizmin növüdür. Bu turizmdə turistin yerləşmə vasitəsi olaraq özügedən və ya avtomobilə bərkidilmiş furqon istifadə olunur.
  • Ölü sezon – hər hansı bir ölkədə turizm həyatının donduğu və ya ən aşağı səviyyədə olduğu mövsüm. Bu mövsümdə qiymətlər çox aşağı olur. Hətta turizm səfərləri üçün arzuolunmaz bir dövr olur.
  • Pik sezon – hər hansı bir ölkədə turizm xidmətlərinin ən çox satıldığı və qiymətlərin ən yüksək olduğu dövr.
  • Transfer – Turizm məkanının sərhədləri çərçivəsində turistin bir nöqtədən digərinə avtomobil, gəmi və ya digər nəqliyyat vasitəsilə ilə çatdırılması, əsasən də, hava limanından otelə və ya əksinə.
  • Tur paket – Əvvəlcədən hazırlanmış, aviabilet, otel, transfer, görməli yerlərə səfərlər, sığorta, avtomobilin icarəsi və s. xidmətlərin qiymətini özündə əks etdirən tur. Tur paketə daxil olan xidmətlərin sayı turistin istəyindən asılı olaraq dəyişə bilər, amma 3 komponent – aviabilet, otel, transfer mütləq hamısında olur.
  • Voucher/vauçer (turistik və ya nəqliyyat) – Turistin bu və ya digər turizm xidmətinin (mehmanxana, ekskursiyalar, transfer və s.) ödənişini təsdiq edən sənəd. Sənəddə turistin adı, familyası, xidmətin növü, xidmətin başlanma və bitmə tarixi və saatı, xidməti göstərən şirkətin əlaqə vasitələri və s. məlumatlar əks olunur.
  • Viza – Xarici passportda ölkəyə giriş hüququnu təsdiq edən və mütləq çıxış qeydlərinin əks olunduğu rəsmi qeyd (konsulluğun möhürü, qeyd vərəqəsi və s.).
  • Boarding pass (Sərnişin talonu) – Təyyarəyə minmədən öncə sərnişinə verilən kart. Kartda baqaj, sərnişinin uçacağı klass, təyyarədəki oturacaq nömrəsi kimi məlumatlar öz əksini tapır.
  • VİP (Very important passenger) – Xüsusi xidmətlər nəzərdə tutulmuş sərnişin.
  • CİP (commercially important persons) – digər sərnişinlərə nisbətən üstünlüklərə malik olma xidmətini alan şəxs.
  • Duty free goods – Gömrük vergisi alınmayan mallar. Bu əsasən hava limanlarında satılan məhsullara aid olunur.
  • Direct flight (birbaşa uçuş) – iki uçuş nöqtəsi arasında təyyarə dəyişmədən, hər hansı hava limanında eniş olmadan birbaşa uçuş.
  • Tranzit – Turistlərin bir ölkədən digər ölkəyə aralıq bir ölkə vasitəsilə daşınması.
  • Çarter reys – Eksklyuziv olaraq hər hansı bir təşkilatdan olan və ya hansısa tur operatorun təşkil etdiyi hər hansı tura qatılan bir qrup adamlar üçün təşkil olunan reys. Çarter reyslər müntəzəm olmur, müntəzəm reyslərə nisbətdə qiymətləri daha ucuz olur.
  • Açıq bilet – biletdə gediş tarixi göstərilir, lakin dönüş tarixi göstərilmir və turist qərar verdiyi zaman biletə dönüş tarixi qoyulur. Lakin nəzərə almaq lazımdır ki, açıq bilet istənilən zaman istənilən reyslə qayıtmaq imkanı demək deyil.
  • Elektron bilet – elektron formada rəsmiləşdirilmiş bilet. Kağız biletdən fərqli olaraq elektron bilet aviaşirkətin məlumat bazasında əks olunan şifrələnmiş məlumatları əks elətdirir və kağız biletdən fərqli olaraq, heç bir xüsusi blank formada çapı tələb etmir – bütün iinformasiya kompyuter sistemlərinin yaddaşında saxlanılır və lazım gəldikdə bir kompyuterdən digərinə ötürülür. Bundan başqa, elektron bilet avtomatlaşdırılımış ödəmə yolları ilə (ödəmə terminalları, onlayn ödəmələr və s. ) bilet əldə etmə imkanı verir.
  • Sığorta – Sığortanın şərtləri sığorta polisində öz əksini tapır. Sığorta polisi xəstəlik və ya travma hallarında tibbi xidmətin göstərilməsini təmin edən sənəddir. Bəzi ölkələrə giriş üçün tibbi sığorta mütləq şərt hesab olunur və hava limanında pasport qeydiyyatı zamanı sərhəd xidmətinin əməkdaşı Sizdən sığorta tələb edə və hətta sığortanız olmadığı halda Sizi sərhəddən geriyə – gəldiyiniz ölkəyə qaytara bilər. Səyahətlər zamanı ən çox tibbi sığorta tələb olunur.

Digər məsləhətlər

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »

Katelya Hotel

Kucukayasofya Mah. Ogul Sok. No: 21 Sultanahmet, Fatih, 34122 Istanbul, Turkey Katelya Hotel Sultanahmet rayonunda, Göy Məsciddən cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Otel pulsuz

Read More »