TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər, abbreviatura və ifadələrə rast gələ bilərsiniz. Bu terminləri bilmək səyahətinizi çox asanlaşdıracaq.

A
AO – Accomodation only – Yalnız oteldə gecələmə (yeməksiz).

Additional collection – Əlavə ödəniş. Adətən aviabilet alınarkən ödənilir.

Adult – Böyük – Səyahət zamanı 12 yaşına çatmış şəxs.

Airbus – Aerobus – 200-dən 345-ə qədər sərnişin götürən iki mühərrikli geniş gövdəli təyyarə.

Airport tax – Hava limanı vergisi – xaricə uçan sərnişinlər üçün beynəlxalq marşrutlar üzrə hava limanları tərəfindən tətbiq edilir. Hava limanı vergisi aviabiletin gediş haqqına daxil deyil, sərnişin tərəfindən ayrıca ödənilir.

A la carte – Menyuya görə sifariş.

All inclusive – Hər şey daxil – tam pansion + gün ərzində içkilər, (o cümlədən spirtli içkilər (yerli istehsal)). Qiymətə daxil olan bəzi xidmətlər (sauna, bəzi su idman növləri və s.) da mümkündür.

Apartement:

Otellərdə mənzil tipli otaq.
Bir neçə otaqdan ibarət lüks otel otağı.
Mənzil (Apartment)
Aparthotel – Otaqlarında kiçik mətbəxi olan otel.

B
BB – Bed and breakfast – Oteldə gecələmə (Yalnız səhər yeməyi ilə)

Baby-sitter – Uşaq baxıcıları – turistlərin uşaqlarını dayənin nəzarəti altında tərk edə bildiyi otellərdə xidmət.

Bar:

Beach Bar – Çimərlik kənarında bar.
Lobby Bar – Otelin foyesində bar.
Night Bar – Gecə barı.
Piano Bar – Pianistin ifa etdiyi yerə yaxın bar.
Pool Bar – Hovuza yaxın olan bar.
Bathroom – Vanna otağı.

Beach – Çimərlik.

Bed:

Double – İkinəfərlik çarpayı.
Extra – Əlavə çarpayı.
King – Kral çarpayısı. Adətən böyük lüks otaqlarda rast gəlinir.
Water – Su çarpayısı. Matrasın içi su ilə dolu olan ikinəfərlik çarpayı.
Buffet – İsveç stolu – restoranlarda özünəxidmət növü. Ödəniş müqabilində ziyarətçilərin əvvəllər zalda nümayiş etdirilən yeməklər arasından istədikləri sayda və çeşidli yeməkləri almaları ilə xarakterizə olunur.

Bungalow – Bungalov – kiçik bir mərtəbəli, adətən tropik istirahət zonalarında ev.

Business class – Biznes klass, adətən first və ekonom sinifi arasında yerləşən, daha geniş oturacaqlara, pulsuz içkilərə və digər xidmətlərə malik təyyarə salonu kateqoriyasıdır.

Bus, double-deck – Görməli yerləri gəzən iki mərtəbəli avtobus.

C
Cabin:

Gəmidə kabin.
Kiçik ev.
Camp, Camping:

Avtomobil turizminin növü. Turistlərin səyahət zamanı xüsusi təchiz olunmuş düşərgələrdə yaşaması ilə xarakterizə olunur.
Avtoturistlər üçün düşərgə.
Car rental – Avtomobil icarəsi nöqtəsi.

Cargo – Yük təyyarəsi.

CHD – Child – Uşaq. Qiymət siyahılarında, bir qayda olaraq, (2 yaşdan 12 yaşa qədər) uşaqlar nəzərdə tutulur.

Chalet – Şale – Kənd tipli otel və ya ev.

Check-in time:

Qeydiyyatın başlanma vaxtı.
Otellərdə otağa giriş vaxtı. (Adətən 14:00)
Check-out time:

Qeydiyyatın bitmə vaxtı.
Otellərdə otaqdan çıxış vaxtı (Adətən 12:00)
City tour – Ekskursiyalar ilə olan tur paket. Bir qayda olaraq, bura nəqliyyat və bələdçi xidməti daxil olur.

Coach class – Ekonom klass.

Consular fees – Konsulluq haqqı.

Continental Breakfast – Kontinental səhər yeməyi. Adətən yağ, mürəbbə, qəhvə, cemdən ibarət yüngül səhər yeməyi.

Customs decloration – Gömrük deklorasiyası.

D
DBL – double:

İkinəfərlik otaq. Qiymət siyahılarında, bu abbreviatura iki nəfər üçün olan qiyməti göstərir. Ətraflı booking.com saytında baxmaq mümkündür.
Qoşa çarpayı.
Deluxe – Yüksək keyfiyyəti ifadə edir.

Departure time – Təyyarənin uçuş vaxtı.

Discount – Endirim.

Downtown – Şəhərin biznes mərkəzi.

Drinks – İçkilər.

Duty-free – Beynəlxalq hava limanlarında, dəniz limanlarında və s.-də istehlak mallarının ƏDV-dən və digər ödənişlərdən azad edilmiş qiymətlərlə ticarət edildiyi rüsumsuz mağaza. Bəzi ölkələrdə duty free həm də şəhərin ticarət hissəsində yerləşir. Əcnəbilərə malların satışı onlarda pasport və ya digər sertifikatlar təqdim edildikdə həyata keçirilir.

E
Economy class – Ekonom klass.

Economy hotel – Aşağı kateqoriyalı otel.

Embassy – Səfirlik.

English breakfast – Vetçina, yumurta, sous, pomidor, mürəbbə ilə tost, çay və ya qəhvə daxil olmaqla ənənəvi ingilis səhər yeməyi.

Entrance fee – Giriş haqqı.

Exchange rate – Mübadilə kursu.

Excursion, optional – İstəyə bağlı ekskursiya – proqrama daxil edilməyən, lakin turistlərə proqramdan asudə vaxtlarında əlavə ödənişlə verilən ekskursiya.

Expiry date – Son istifadə müddəti.

Ex.b. – Extra Bed – Otaqda əlavə çarpayı. Bir qayda olaraq – iki nəfərlik otaqda üçüncü turist üçün.

Extra charge – Əlavə ödənişlər. Bəxşişlər və.s.

F
FB – Full board – Tam pansion yemək (səhər yeməyi + nahar + şam yeməyi).

Finger buffet – Ziyarətçilərin əlləri ilə qəlyanaltı götürdüyü “bufet”.

First class – Aviaşirkətlərdə birinci dərəcəli xidmət. Yüksək səviyyəli xidmət təklif olunur.

Flight – Uçuş.

Folio – Otel xidmətləri üçün otel tərəfindən göndərilən hesab.

Free of charge – Rüsumsuz idxal.

G
Gift shop – Suvenir mağazası.

Grand hotel – Bütün dünyada bahalı, dəbdəbəli otellər üçün ümumi ad, lakin otel şəbəkəsi deyil.

Guest House – Tələbə yataqxanasına bənzər daha uzun müddət qalmaq üçün ucuz otel.

H
HB – Half Board – Gündə iki dəfə yemək – səhər yeməyi + nahar və ya səhər yeməyi + şam yeməyi.

Hair dryer – Saç qurudan. Yüksək kateqoriyalı otellərdə məcburi mənsubiyyət.

High tea – Adətən ət, salat və meyvədən ibarət yüngül erkən şam yeməyi.

Holiday hotel – Pansionat.

Honeymoon suite – Balayı üçün verilən lüks otaq.

Hostel – Gənclər üçün ucuz mehmanxana.

Hotel lido – Dənizin və ya gölün ətrafında yerləşən otel.

Hotel-club – Kluba və ya cəmiyyətə məxsus qapalı yüksək səviyyəli otel. Otel klubları çox vaxt kənd yerlərində yerləşir.

Hotel-resort – Kurort oteli – kurort zonasında yerləşən və qonaqlara geniş çeşiddə xidmətlər təklif edən otel.

Hotel voucher – Otel vouçeri. Oteldə yerləşmə üçün lazım olan sənəd.

Hunting – Ovçuluq.

İ
İnfant – 2 yaşa qədər uşaq. Gediş haqqı ödənilmir yaxud cüzi məbləğ ödənilir.

İnformation desk – Məlumat masası – otellərdə, hava limanlarında, qatar stansiyalarında məlumat xidməti.

İnsurance passport – Səyahət sığortası polisi. Sığortanın bütün şərtlərini müəyyən edən sənəd.

İnvoice – Xidmətlərin ödənilməsi üçün hesab.

J
Jet doo – Qar arabası.

Jet ski – Su motosiklı.

Junior Suite – Birləşdirilmiş qonaq otağı və yataq otağı olan böyük otel otağı.

K
Key – Otaq açarı.

Key card – Otel otağı üçün maqnit açarı.

King room – Kral çarpayısı olan otaq.

Kitchen – Mətbəx

L
Landing card – Nəqliyyat vasitəsi limanda, hava limanında, dəmir yolu vağzalında dayanarkən sərhəd zonasından çıxmağa icazə verən kart. Sərnişin geri qayıtdıqdan sonra bu icazə geri alınır.

Lobby – Otelin girişindəki koridor.

Lower bed – Yerdən kiçik bir hündürlükdə olan çarpayı.

M
Major hotel – Yüksək keyfiyyətli xidmət göstərən otel.

Massage room – Masaj otağı.

MAX All incl. – Hər şey yaşayış qiymətinə daxildir.

Menu “a la carte” – Restoranda alakart menyu.

Mini-bar – Otel otağında quraşdırılmış kiçik bar soyuducu.

Motel – Avtomobil yolunda yerləşən, adətən qaraj, texniki xidmət stansiyası, yanacaqdoldurma məntəqəsi və avtoturistlər üçün zəruri olan digər xidmətlərlə təchiz olunmuş avtomobilçilər üçün otel.

Mountain view – Dağ mənzərəli otaq.

N
National Park – Milli park, Təbiət qoruğu.

Night adult – Gecə qapıçısı.

Non smoking rooms – Siqaret çəkməyənlər üçün otaqlar.

O
Ocean front hotel – Okean mənzərəli otel.

Ocean view room – Okean mənzərəli otaq.

One way ticket – Bir tərəfli bilet.

Open ticket, open segment – Açıq tarixli bilet.

Operation – Müştərilərə göstərilən xidmətlər çeşidi.

Option – Əlavə qiymətə təklif olunan xidmətlər.

Owner – Sahib.

P
Parador – Yüksək səviyyəli bir otelə çevrilən qala.

Paragliding – Paraşütlə tullanma (paraşütlə uçma) – dağlarda və nisbətən yumşaq yamaclardan su üzərində.

Parascending – Uzun bir kabel üzərində qayıq və ya avtomobilin arxasında paraşütlə uçuşlar.

Parking – Parkinq.

Parking meter – Parkomat.

Pax – Passajir.

Pharmacy – Aptek.

Pool – Hovuz:

aquamedic pool – sağlamlığı yaxşılaşdıran hovuz;
indoor pool – otelin daxilindəki hovuz;
heated – on premises – otel daxilində qızdırılan su ilə;
paddle – uşaq hovuzu;
whirpool – dalğa hovuzu.
P
Porte – Portye – Oteldə baqajların daşınmasını həyata keçirən.

Post-box – Poçt qutusu.

Presidential – Oteldəki prezident otağı, adətən ən yaxşısıdır.

Proof of sufficient funds – Ölkəyə daxil olan vəsaitin sübutu.

R
Railway cruise – Dəmir yolu kruizi.

Rate of exchange – Valyuta mübadiləsi.

Reception – Otelin girişində turistlər üçün qeydiyyat şöbəsi.

Rent a car – Maşınların icarəsi.

RQ – request – Hər hansı bir xidmətin təsdiqlənməsi üçün sorğu.

Resort – Kurort.

Resort area – Kurort zonası.

Resort hotels – Kurort otelləri. Geniş xidmətlərə malik çox yüksək səviyyəli otel. Otaqlar kofe və çayla təmin olunur.

Resort of luxury – Dəbdəbəli kurort.

Russian speaking guide – Rus dilli bələdçi.

Restaurant:

alcohol-free -spirtli içkilər təqdim etməyən restoran;
chinese – çin restoranı;
exotic – ekzotik yeməkləri və interyeri olan restoran;
healthy – pəhriz yemək restoranı;
nature food – yeməklərin yalnız təbii məhsullardan hazırlandığı restoran;
sea-foods – balıq restoranı;
self-service – özünəxidmət restoranı;
snack – atışdırmalıq;
vegeterian – ət yeməkləri verilməyən restoran.
Room – Otel otağı.

Roomservice 24 hours – Oteldə 24 saat müştəri xidməti.

S
Safari – Adətən ekzotik ölkələrdə ov etmək və ya yerli təbiətlə tanış olmaq məqsədi ilə turist səfəri.

Safe – Seyf.

Sailing – Yelkənli idman növü.

Schedule airline – Uçuş cədvəli.

Sea view – Dəniz mənzərəli otaq.

Seedoo – Su velosipedi.

SGL – single:

1 nəfərlik otaq;
turun 1 nəfər üçün rezervasiya edilməsi;
tək nəfər üçün otaq.
Snooker room – Bilyard otağı.

Snorkeling – Tənəffüs borusu və maska ​​ilə sualtı dalış.

Subaqua – Dalış.

Suite – İki otaqlı otel otağı.

Sunshade – Günəşdən qorunmaq üçün böyük çətir.

Superior room – Komfortu standard otaqdan nisbətən çox olan otaq növü.

Surfing – Sörfinq.

Swedish board – İsveç masası – Restoranda özünəxidmətdə məhdudiyyətsiz sayda yeməklərin pulsuz seçimi.

Swim-suit – Çimərlik geyimi.

T
Talasso spa – Talassoterapiya – Dəniz yosunu və palçıqdan istifadə edərək sağlamlığı yaxşılaşdıran prosedurlar.

Take away – Restoran hansı ki, yeməyi özünüzlə aparmağa icazə verir.

Ticket – Bilet.

Time of arrival – Gəlmə vaxtı.

Time of departure – Getmə vaxtı.

Tip – Bəxşiş (Çayvoy). Adətən 10% civarında olur.

Tour operator – Pərakəndə səyahət agentləri şəbəkəsi vasitəsilə turların satışı, onların reklamı və marketinqi ilə məşğul olan topdansatış turizm şirkəti.

Transfer – Turistin proqrama uyğun olaraq hava limanından otelə və geriyə daşınması.

Transit – Tranzit – 24 saatdan çox olmayan istənilən ölkədən keçmək.

Travel – Səyahət.

Travel map – Səyahət xəritəsi.

TRPL – triple – Üç nəfərlik otaq. Qiymət siyahılarında, bir qayda olaraq, bu abbreviatura üç nəfərlik otaqda bir nəfərin (və ya iki nəfərlik otaqda üçüncü şəxsin) yaşayış xərcini göstərir.

Twin:

İki nəfərlik iki tək çarpayılı otel otağı;
İki ayrı çarpayı.
Twin double – İki ədəd iki nəfərlik çarpayısı olan otel otağı.

U
UP – Tam pansiyon + içkilər (o cümlədən, restoranda yemək zamanı qiymətə daxil olan yerli spirtli içkilər) ilə yaşayış.

ULTRA All İncl. – All inclusive ilə eynidir (Hər şey daxil, yemək + alkoqollu və alkoqolsuz içkilər) lakin ultrada xarici içkilər də daxil olur.

Upper berth – Üst çarpayı.

V
Value Added Tax (VAT) – Əlavə dəyər vergisi. Avropada ölkəni tərk edərkən xarici vətəndaşlara qaytarılır.

Vacant center – İstirahət evi.

View – Otel otağından görünüş:

sea – dəniz mənzərəli;
garden – bağ mənzərəli;
mountain – dağ mənzərəli;
port – liman mənzərəli;
street – küçə mənzərəli.
Visa – viza – Xarici dövlətin müvafiq orqanlarının bu dövlətin ərazisinə giriş, çıxış, yaşayış və ya keçid üçün xüsusi icazəsi:

business – biznes;
entry – giriş;
multi-entry – çoxgirişli;
tourist – turist;
transit – tranzit;
şengen – Avropa İttifaqına daxil olan ölkələr. Oxu: Şengen vizası nədir?
Voucher – Vauçer – Turistlə turizm agentliyi arasında xidmətlərin göstərilməsinə dair müqavilənin mövcudluğunu təsdiq edən sənəd.

W
Waiterr, waitress – Ofisant.
WC – Tualet.
Weekend rates – Həftə sonları xidmətlər üçün xüsusi tariflər.

X
Xenophobia – Əcnəbiləri sevməmək.

Y
Yacht-club – Yaxta həvəskarları assosiasiyası.
Youth hostel – Gənclər üçün yataqxana.

Digər məsləhətlər

İstanbul Fatihdə otellər

İstanbulun tarixi və mədəniyyət mərkəzi olan Fatih zəngin tarixi teksturası, bənzərsiz arxitekturası və əhəmiyyətli turistik yerləri ilə həm yerli, həm də xarici turistlərin diqqətini çəkən

Read More »

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »