Yay mövsümündə azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamətlərdən biri də Gürcüstandır. Ölkə vətəndaşları bu ölkədə əsasən paytaxt Tiflis və ya Batumi şəhərinə üz tuturlar.
Qeyd edək ki, Gürcüstana səfər edən azərbaycanlılar demək olar ki, turizm şirkətlərinin xidmətlərindən istifadə etmirlər.
Gürcüstana səfər hazırlaşanlar üçün bu ölkədə ən ucuz otel və hostellərin qiymətini təqdim edirik.
Otel şəhər mərkəzində Müqəddəs Troiça sarayının yaxınlığında yerləşir. Bundan başqa otelin yaxınlığında Avlabari metro stansiyası yerləşir. Otel 2013-ci ildən fəaliyyət göstərir. Bir nəfərlik otaqda qonaqlama 50 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. Oteldə 3 nəfərlik otaqlar 118 manatdır.
3 ulduzlu otel Metaxi kilsəsinin yaxınlığında yerləşir. Həmçinin mehmanxananın yaxınlığında Avlabari metro stansiya yerləşir. Oteldə iki nəfərlik otaqda bir nəfərin qonaqlaması 60 manatdır. Qeyd edək ki, bu qiymətə səhər yeməyi daxil deyil.
Otel şəhər mərkəzində Azadlıq meydanın yaxınlığında yerləşir. Oteldə iki nəfərlik otaqda bir nəfərin gecələməsi 43 manatdır. Qeyd edək ki, bu qiymətə səhər yeməyi daxil deyil. Əlavə 3-5 manat ödəməklə səhər yeməyi sifariş etmək olar. Oteldə 3 nəfərlik otaqların qiyməti isə 71 manatdır.
Otel şəhər mərkəzindən bir qədər aralıda yerləşir. Lakin yaxınlıqda yerləşən avtobus dayanacağından 160 nömrəli marşrutla şəhər mərkəzinə getmək olar. Otelin qonaqları üçün kabab və barbuki hazırlamaq üçün şərait yaradılıb. Mehmanxanada iki nəfərlik otaqda 47 manat ödəməklə qonaqlamaq olar. Səhər yeməyi üçün isə əlavə 5 manat ödəmək lazım olacaq.
Otel şəhərin mərkəzində yerləşir. 3 ulduzlu otelin yaxınlığında Azadlıq meydanı və Rustavelli adına teatr yerləşir. Bundan başqa PS3 həvəskarları üçün də pöulsuz oyunlar təklif olunur. Oteldə qonaqlmamaq üçün bir nəfərin qiyməti 91 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.
Gürcüstan paytaxtında otellərdən başqa gecələyə biləcəyiniz yerlərdən biri də hostellərdi. Qeyd edək ki, Tiflis hostellərində qiymətlər müxtəlifdir. Qiymət fərqliliyi isə hostellərin təklif etdiyi şərait və xidmətdən asılı olaraq dəyişir. Tiflisdə əsasən hostellərin 10-11 manatdan başlayaraq 70-90 manat arasında dəyişir.
Hostel şəhərin mərkəzində yerləşir. Hostelin ərazisində pulsuz wifi var. 10 nəfərlik otaqda qonaqlamaq 7 manatdır. Həmçinin hosteldə yalnız qadınlar və kişilər üçün də ayrı -ayrı 10 nəfərlik otaqlar var. Bu otaqlarda da qonaqlama 7 manatdır.
Hostel şəhər mərkəzində yerləşir. Otaqlarda televizor fen və digər lazımı avadanlıqlar var. Hosteldə 8 nəfərlik otaqda qonaqlamaq 8 manatdır. Həmçinin hosteldə iki nəfərlik otaqlar da var. Bu otaqların qiyməti isə 50 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.
Hostel Tiflis opera balet teatrının yaxınlığında yerləşir. Burada 4 nəfərlik otaqda qonaqlama 11 manatdır. Həmçinin qadınlar və kişilər üçün ayrı-ayrı otaqlar da var ki, bu otaqların da qiyməti 11 manatdır.