otel

Oteldə hamının bilmədiyi 8 pulsuz xidmət

Oteldə hamının bilmədiyi 8 pulsuz xidmət
Parklama, Wi-Fi və 24 saat qeydiyyat dirəyi minimum pulsuz xidmətlərdir. Bəs daha nəyi pulsuz almaq olar?

Otelə pulsuz getmək

Otel nömrəsini bronlaşdırdıqdan sonra mehmanxananın aeroportdan və ya vağzaldan pulsuz transfer xidmətinin mövcudluğunu dəqiqləşdirin. Beləliklə, ictimai nəqliyyata və ya taksiyə qənaət etmiş olursunuz. Adətən aeroport və ya dəmiryolu vağzalına getmək şəhər daxilində gəzməkdən baha olur.

Kompliment almaq

Yeni evlənənlər bilirlər ki, əgər yeni evlənmələri haqqında məlumat versələr şampan butulkası, meyvə səbəti və ya spa mərkəzində endirim şansı əldə edə bilərlər. Hətta sizə pulsuz olaraq daha bahalı və rahat otağa keçməyi təklif də edə bilərlər. Bu, otelin komplimenti adlanır. Ancaq kompliment almaq üçün evlənmək mütləq deyil. Səbəb evlilik ildönümü və ya doğum günü də ola bilər. Otağınızda hər hansı sürprizin sizi artıq gözlədiyi də mümkündür.

Uşaq üçün çarpayı almaq

Körpə uşağınızla səyahət edirsinizsə beşik və ya əlavə çarpayı xahiş edin. Əsas odur ki, otelə uşaqla gəldiyiniz məlum olsun. Bronlaşdırma zamanı şərh bölməsində bu haqda yazın. Otaq kifayət qədər genişdirsə və daha bir çarpayı qoymaq mümkündürsə sizə kömək edəcəklər.

Yatmazdan qabaq çay içmək

Bütün içkilər arasında bir fincan adi tünd çay bəlkə də ən yaxşı və vacibdir. Onu otağa sifariş vermək olar. Yaxud da hər gecə işçiləri eyni şeydən ötrü yormamaq üçün çaydan almaq olar.

Trenajor zalı və spa-mərkəzinə getmək

Nəhəng otellərdə trenajor zalı, sauna, basseyn, masaj otağı və digər sağlamlaşdırıcı yerlər var. Həmin yerlərdə təkcə istirahət etmək yox birbaşa səyahət zamanı idman formasına da sahib olmaq olar. Pulsuz məşq edin.

Endirimlərdən xəbərdar olmaq, tövsiyələr almaq

Mehmanxanaların çoxunda resepşnın yanında yaxınlıqdakı kafe və restoranların tədbirlər və endirim kuponları haqqında anonsları yerləşdirilən bölmə olur. Qapıçıdan sevdiyi yerləri məsləhət verməsini xahiş edin. Beləliklə, internetdən götürdüyünüz tövsiyələrdən daha ucuz və dadlı nahar edə bilərsiniz. Yeri gəlmişkən, əgər yerli dili bilmirsinizsə yemək masasını özünüzün sifariş etməyiniz o qədər də vacib deyil. Bunu otelin əməkdaşı məmnuniyyətlə sizin üçün edər. Razı müştəri — ən yaxşı müştəridir!

Yüklərinizi otelin saxlancında yerləşdirmək

Otaqdan bu gün çıxacaqsınızsa və uçuşa hələ yarım gün və ya daha çox qalıbsa şəhərdə ağır çamadanlarla gəzmək və ya saxlama kamerası axtarmağa ehtiyac yoxdur. Otellərin çoxunda baqajınızı rəsmi olaraq çıxdıqdan sonra həmin gün ərzində saxlaya bilərsiniz. Əşyalarınızı harada saxlamağın mümkünlüyünü dəqiqləşdirin. Hətta əgər baqaj otağı yoxdursa, sizi darda qoymazlar və nə isə fikirləşərlər.

Nəhayət ən adi taksi çağırmaq

Maşın sifariş verməyi xahiş edin və yerli nəqliyyat xidmətləri bazarının bütün incəliklərini öyrənməyiniz lazım olmayacaq. Bundan əlavə, çox vaxt mehmanxananın ən yaxın daşıyıclarla müqavilələri olur və ola bilsin sizi ucuz qiymətə aparsınlar.

Digər məsləhətlər

İstanbul Fatihdə otellər

İstanbulun tarixi və mədəniyyət mərkəzi olan Fatih zəngin tarixi teksturası, bənzərsiz arxitekturası və əhəmiyyətli turistik yerləri ilə həm yerli, həm də xarici turistlərin diqqətini çəkən

Read More »

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »