Qonaqların diqqətini cəlb etmək və əla təəssürat yaratmaq üçün otellər müxtəlif seçimlər təklif edirlər. Bu seçimlər otel otaqlarına və oteldən kənar xidmətlərə aid edilə bilər. Bəzi xidmətlərin dəyəri otağın qiymətinə daxildir, məsələn səhər yeməyi. Adətən çimərliyə və ya hovuza giriş üçün əlavə ödəniş tələb olunur, lakin istisnalar da var. Qiyməti hesablayarkən bütün detalları otelin rəsmi saytlarından və ya telefon ilə dəqiqləşdirin.
Oteldə ödənişsiz xidmətlər
Ödənişsiz Wi-Fi
Qonaqları internet ilə təmin etməyən otel təsəvvür etmək çətindir. Adətən naqilsiz şəbəkədən otelin bütün ərazisində, nadir hallarda yalnız lounge zonada istifadə etmək mümkündür. Qonaqlar yerləşdirilərkən şəbəkəyə qoşulmaq üçün şifrə verilir. Bəzi biznes-otellər iş aləti kimi istifadə edənlərə naqilli internet şəbəkəsi təklif edirlər.
Bank kartı olmadan
Mehmanxanaların çoxunda bronlaşdırmanı edəndən dərhal sonra müştərinin kartını ya blok edirlər, ya da vəsaiti silirlər. Belə tədbirlər daha sonra aşkar olunacaq dəymiş ziyan ehtimallarından qorunmaq üçün görülür. Lakin bir çox müştərilər fırıldaq qurbanı olmamaq üçün kartlarının rekvizitlərini internetdə daxil etmək istəmir. Həmçinin gəlmədən öncə əksər müştərilər vəsaitlərin silinməsinə razılıq vermir.
Bu səbəbdən də otellər hər zaman kartsız bronlaşdırma imkanlarının siyahısını genişləndirirlər. Hal-hazırda ən populyar olan:
- nağdsız bank köçürməsi;
- yerləşərkən nağd ödəniş;
- elektron valyutadan istifadə;
təklf edilir.
Heyvanların yerləşdirilməsi
Bəzi otellərdə heyvanların rahat və təhlükəsiz yerləşdirilməsi üçün şərait var. Saxlama şərtləri və karantin ehtiyacını elektron poçt ilə əvvəlcədən menecer ilə müzakirə etmək yaxşı olardı.
Ödənişsiz ləğv
Müştəri uğrunda mübarizələrdə otellər qonaqları xüsusi bronlaşdırma şərtləri ilə cəlb edirlər. Səyahət əvvəlcədən planlaşdırılanda gəliş tarixini dəyişmək ehtimalı yüksək olur. Belə hallarda ödənişsiz ləğv variantı daha uyğundur. Bu seçim yalnız otelin administrasiyasına əvvəlcədən xəbərdarlıq edəndə qəbul edilir (adətən planlaşdırılmış tarixdən 3 gün əvvəl).
Oteldə siqaret çəkmək
İctimai yerlərdə siqaret çəkməyə dair qanunvericilik daim sərtləşir. Bir çox otellərin ərazisində siqaret çəkmək qəti qadağandır. Qanunu pozanlar bilməlidirlər ki, otaqlarda tütün tüstüsü sensorları var. Qadağan olunmayan otellərdə isə, siqaret çəkənlər üçün xüsusi ayrılmış otaqlarda, yaxud ərazidə çəkə bilərlər.
Oteldə ödənişsiz səhər yeməyi
Qəlyanaltı bronlaşdırılma zamanı müzakirə olunmayıbsa otel xərcinə daxil deyildir. Səhər yeməyi menyusu otelin kateqoriyasına və ulduzlarına uyğun olaraq dəyişir. Kontinental səhər yeməyi menyusuna soklar, isti içkilər, yağ və cem ilə kökələr daxildir. Məşhur ingilis qəlyanaltısı kontinentaldan, menyuda əlavə qayğanağın olması ilə fərqlənir. Ən populyar variant isə müxtəlif yeməklər təklif olunan isveç masasıdır.
Otellərdə ödənişli xidmətlər
Otaqda məişət texnikası
Otaqda fen və ya mini-bar olmadığı halda onları sifariş edə bilərsiniz. Otellərdə otağa çaydan götürmək nadir hallarda mümkündür. Paltarınızı ütüləmək ehtiyacı duyduqda isə ütüləmə üçün xüsusi otağa getmək məcburiyyətində qalacaqsınız.
İş və yaxud istirahət
Standart otel nömrələrində rahat stol və kreslo olmur. Əvəzində iş üçün ayrılmış xüsusi yerlər mövcuddur. Hətta beynəlxalq çıxışı olan telefonlar da otel xidmətlərinə daxil edilə bilər. Passiv istirahət sevənlər isə bəzi kabel televiziya kanallarını qoşa bilər.
Ziyafətlər
Əyləncə üçün əlavə ödəniş olunmalıdır. Lakin bəzən otellər qonaqları üçün təqdimatlara, hovuza və sağlamlıq mərkəzlərinə biletləri hədiyyə olaraq təqdim edirlər. Ən müasir otellərdə isə daha aktiv istirahət üçün aşpazlıq, surfing, rəssamlıq dərsləri keçirilir.
Əla rəylər qazanmaq uğrunda mübarizə, otelləri yeni seçimlər təqdim etməyə və mövcud olanları inkişaf etdirməyə sövq edir.
Otelləri və otel xidmətlərini elə indi axtarışa verin.