İstanbul otelləri

İstanbul otelləri

Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.

İstanbul iki qitədə yerləşən yeganə şəhərdir. Bosfor boğazının hər iki sahilində yerləşən şəhər Avropa ilə Asiyanı birləşdirir. Keçmişdə  Bizans İmperiyasının paytaxtı olan İstanbul, indi mədəniyyət və turizm mərkəzidir. Heyranedici yerli memarlıq İstanbulu “Şərq Muzey Şəhəri” adlandırılmasına səbəb olub.

İstanbul turistik məkanları, gözəl iqlimi, dənizi və əlbəttə ki, müxtəlif alış-veriş imkanları ilə dünyanın hər yerindən turistləri cəlb edir. Bu müsbət atmosfer sayəsində İstanbul Türkiyənin həm kurort, həm də iş mərkəzi adını qazanıb. Bütün ölkəyə, xüsusi ilə də İstanbula ildən ilə turların sayı artır.  Otellərin seçimi çox böyükdür. Hər cür zövqə və büdcəyə uyğun variantlar mövcuddur: hərtərəfli xidmətləri və dəbdəbəli bəzədilmiş otaqları olan spa otellərindən tutmuş, olduqca qənaətli yataqxanalara və otellərinə qədər.

Nəqliyyat əlaqələri

Əksər şəhərlərə olduğu kimi təyyarə ilə uçuş İstanbula da ideal səyahət növüdür. Bir çox şəhərlərdən hər gün birbaşa sürətli və rahat uçuşlar həyata keçirilir. Biletlərin qiymətləri fəsildən və seçdiyiniz hava yolundan asılıdır.

Sərnişin hava nəqliyyatı iki beynəlxalq hava limanı tərəfindən həyata keçirilir. İstanbul Hava Limanı şəhərin Avropa hissəsində, Sabiha Gökçen Beynəlxalq Hava Limanı isə İstanbulun Asiya hissəsində yerləşir. Populyar Radisson Blu & Spa Tuzla Sabiha Hava Limanına yaxındır. Otel dünyaca məşhur marka şəbəkəsinə aiddir, yeni tikilib, otaqları isə geniş, rahat və müasir üslubda hazırlanıb.

Uçuş zamanı qorxu hissi keçirənlər İstanbula qatar ilə gedə bilərlər. Lakin bütün şəhərlərə birbaşa gediş olmadığından yola çox vaxt sərf olunur. Qiymətlər isə aviabiletdən çox da fərqlənmir.

İstanbula çatmağın ən romantik və həyəcanlı yolu dənizdir. Qiymətlər  kabin seçimindən asılıdır, yol isə qatarla olduğu kimi uzundur. Lakin İstanbulun mənzərəsini dənizdən görmək olduqca zövqlüdür.

Görməli yerlər

İstanbul Roma, Bizans, Latın və Osmanlı imperiyalarının keçmiş paytaxtıdır. Metropolisin mədəni irsi pravoslav Bizans kilsələrindən, müsəlman məscidlərindən, müxtəlif muzeylərdən, rəngarəng türk hamamlarından və şərq üslübunda tikilmiş al-əlvan bazarlardan ibarətdir.

Şəhərin əsas memarlıq dəyəri və özünəməxsus simvolu öz möhtəşəmliyi ilə valeh edən, qiymətli daşlardan və misilsiz mərmərdən tikilmiş Mavi Məsciddir. İbadət yuvası Məkkədən gətirilən qara daşdan oyulmuşdur.

Four Season İstanbul at Sultanahmet oteli Mədəniyyət Abidəsinə olan Mavi Məscidə yaxın bir yerdədir. Otel çox rahat həyəti ilə neoklassik binada yerləşir. Binanın A’YA salonunda spirtli içkilər və ənənəvi ləzzətli qəlyanaltılara əlavə olaraq orijinal türk şirniyyatlarının dadlarına baxa bilərsiniz. Otelin spa bölgəsində isə sağlamlıq və gözəllik prosedurları təklif olunur.

Ayasofya məbədi turistlər arasında o qədər məşhurdur ki, onun ətrafında zamanla otellərin və hostellərin sayı artır, məsələn Orient qonaq evi.

Boğaz kurortun ürəyi olduğu üçün bir çox turistlər ekskursiyalarına boğaz xətti boyunca gəzintini əlavə edirlər. Burada olanlar mütləq sahil restoranlarından birinə baş çəkməlidirlər. Balıq yeməklərinin böyük seçimi olan yerli mətbəx sizi yenidən bura gəlməyə məcbur edəcəkdir.

İstanbulun nüfuzlu bölgəsində, Boğaziçi sahilində, ailələr üçün ideal yer sayılan Çırağan Sarayı Kempinski İstanbul  oteli yerləşir. Otelin restoranları ənənəvi türk və xarici mətbəxlərini təqdim edir.

Maraqlı yerlər

Əgər vaxtınız azdırsa lakin tələsik bütün görməli yerlərə baş çəkmək istəyirsizsə İstanbul miniatür parkına getməyə dəyər. Bu parkda ölkənin 120 görməli yeri yerləşir.

İstanbula tur zamanı Misir bazarına baş çəkməmək sadəcə mümkün deyil. Alış-verişi sevənlər burada özünəməxsus şərq atmosferindən zövq alırlar. 

Bir günlük gəzməli yerlərə başqa bir nümunə Şəhzadə adalarıdır – inzibati ərazi olaraq İstanbulun bölgələrindən biri olan doqquz adadan ibarət arxipelaqdır.

İSTANBULDA DİGƏR OTELLƏR

XƏRİTƏYƏ GÖRƏ İSTANBULDA OTELLƏR

Digər məsləhətlər

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »

Katelya Hotel

Kucukayasofya Mah. Ogul Sok. No: 21 Sultanahmet, Fatih, 34122 Istanbul, Turkey Katelya Hotel Sultanahmet rayonunda, Göy Məsciddən cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Otel pulsuz

Read More »