Hovuzlu otel seçimi

Hovuz uzun müddətdir ki əla infrastrukturun simvolu hesab olunur. Buna görə hovuzlu məkan seçərkən, otelin keyfiyyət standartlarına cavab verdiyinə əmin ola bilərsiniz. Eyni zamanda, turizm sənayesi aktiv şəkildə inkişaf etdiyi üçün artıq əlverişli qiymətə hovuzlu otel tapa bilərsiniz. Otello.az veb saytı sizə xəyallarınızın  otelini seçməyə kömək edəcək.

“Hovuzlu otelin üstünlükləri nədədir?” “Dəniz var ikən hovuz nə üçün lazımdır?” Bir çox insanların verdiyi suallardır.

  • Yaz və payız aylarında dəniz suyu kifayət qədər isinmədikdə hovuz suyunda çimə bilirsiniz.
  • Otellərin hamısı dənizə yaxın yerləşmədiyi üçün dənizə gedib sərinləmək üçün günün altında xeyli məsafə qət etmək lazımdır.
  • Uşaqlarınız ilə səhayət edirsinizsə hovuz sizin narahatlığınıza son qoyacaq.
  • Dənizdən fərqli olaraq hovuzun dibi hamar olur və dərin olmur. 
  • Hovuzun suyu dezinfeksiya olunur.
  • Hovuzda əşyalarınıza görə narahatlıq keçirməyəcəksiniz.
  • Otel nömrənizdən tək dəsmal ilə də çıxıb ailə üzvlərinizlə birgə çimə bilərsiniz.
  • Dəniz kənarında nadir tapılan şezlonqlara hovuz kənarında hər addımda rast gəlmək olur.

Hovuzlu otel seçimi üçün:

Otello.az –da sizi maraqlandıran xüsusiyyətləri qeyd edin: şəhər, istirahətə gələcəyiniz tarix, sayınız. Misal üçün siz İstanbul otelləri ilə maraqlanırsınız. Bu zaman sizin müraciətiniz təxmini belə olacaq:

“Axtarış” düyməsini basırıq.

Açılan pəncərədə seçilmiş tarixə əsasən şəhərdə olan bütün otellərin siyahısını görəcəksiniz. Bu siyahını azaltmaq üçün hovuzlu otelləri seçirik. Bunun üçün üfiqi sətirdən “Xidmətlər” sütununu seçib açılmış siyahıdan hovuz sözünü işarələyirik.

Siyahı yenilənəndən sonra hovuzlu otellər arasında yalnız zövqə uyğun seçim etmək qalır.

Daha ətraflı məlumat almaq üçün “Otel haqqında ətraflı oxu” düyməsini basaraq, otelin otaqlarının, hovuzun və ərazisinin şəkillərini görmək olar. Düzgün qərar üçün saytın hər otel üçün toplayıb əlavə etdiyi qonaqların rəylərinə müraciət edin. 

Səhifəni tərk etmədən, Otello.az saytından hovuzlu otel seçmək üçün, keçidi klikləyin.

Digər məsləhətlər

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »

Katelya Hotel

Kucukayasofya Mah. Ogul Sok. No: 21 Sultanahmet, Fatih, 34122 Istanbul, Turkey Katelya Hotel Sultanahmet rayonunda, Göy Məsciddən cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Otel pulsuz

Read More »