Hotel kimi qatar

Hotel kimi qatar

Qeyri-adi dizaynı ilə diqqət çəkən qatar, beş ulduzlu otel səviyyəsində verdiyi xidmətlə hər kəsin marağına səbəb olacaq. Ümumilikdə, on vagondan ibarət olan Train Suite Shiki-Shima adlı qatarın dizaynı, xidməti qədər ayrı bir səviyyədədir.

Qeyri-adi bölmələri özü ilə gətirən qatarda iştirak edən şüşə tavanlı hissələr sayəsində, müştərilər rahatlıqla panoramik bir səyahət edə bilərlər. Daxilində hər biri iki nəfərlik olmaqla, 17 ədəd otaq olduğu üçün qatarla yalnız 34 sərnişin səyahət edə bilər.

Train Suite Shiki-Shima adlı qatarda, eyni zamanda, professional mətbəx xidməti də var. Hal-hazırda Tokioda mövqeləndirilən qatarın ilk səfəri, Tokyo-Ichinoseki şəhərləri arasında olacaq.

Train Suite Shiki-Shima

Üç gecə dörd gün şəklində ümumilikdə 1.800 kilometrlik bir reys üzərindən davam edən səfərlərdə sərnişinlər, təyin olunan stansiyalarda dayanıb, bölgədə gəzərək, qatara yenidən geri dönə biləcəklər.

May ayında xidmətə başlayacaq olan qatara qonaq olmaq istəyənlərin iki günlük tarifi üçün adam başı 320.000 yuan, təxmini olaraq 2 944 dollar, dörd günlük tarifi üçün isə adam başı 750.000 yuan təxmini olaraq isə 6 900 dollar ödəniş etməlisiniz.

Digər məsləhətlər

İstanbul Fatihdə otellər

İstanbulun tarixi və mədəniyyət mərkəzi olan Fatih zəngin tarixi teksturası, bənzərsiz arxitekturası və əhəmiyyətli turistik yerləri ilə həm yerli, həm də xarici turistlərin diqqətini çəkən

Read More »

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »