Tətil edərkən ənənəvi, adi hotellərdə qalmağı yaddan çıxarın. Əvəzinə isə bu təbii, qəribə və gülməli olan hotellərin birindən istifadə edin.
Dünyanın 7 ən qəribə hotelini təqdim edirik.
“Marmara Antalya hotel”
Türkiyədə Marmara Antalya hoteli gicəlləndirici sehrlərə marağı olmayan və başgicəllənməsi olanlar üçün deyil. Çünki hotel fırlanır. Bu 24 otaqlı çardaq Antalyanın əhatə olunan ərazisinin daimi dəyişkən mənzərəsini görməyə imkan yaradaraq, gün ərzində bir neçə dəfə 360 dərəcə fırlanır. Siz əgər yerində dayanmayan bir hotel axtarırsınızsa, bu hotel məhz sizin üçündür.
“Jules sualtı hotel”
Floridadakı Jules sualtı hoteli. Əgər addan tam başa düşmədinizsə, bu hotel sözün həqiqi mənasında suyun altındadır. Əslində, bu ilk tikilmiş sualtı hoteldir. Əgər siz dalğıc deyilsinizsə, o zaman 3 saatlıq dalğıclıq kursu keçməlisiniz, və hotelin sadəcə girişinə çatmaq üçün təqribən 6,4 metr suyun altına enməlisiniz.
“Golden Crown Levin İnglut otel”
Siz heç şimal işıqlarını görməyi arzulamısınız? Əgər elədirsə, Finlandiyadakı Golden Crown Levin İnglut hoteli yoxlamağa dəyər. Hotel qonaqların donmasının qarşısını almaq üçün isidilən xüsusi şüşə lampalarla təchiz olunub . Burada həmçinin, vanna otağı, mətbəx və işıqları çöldən seyr etməyinizə şərait yaradan çöldə qoyulmuş isti vanna mövcuddur.
“Costa Verde hotel”
Kosta Rikadakı Costa Verde oteli. 15,2 metr yüksəklikdə olan təyyarə sizə onun içərisində tikilmiş yataq otaqlarında qalmaq şansını verir. Beləliklə, siz Boeing-də qalmaq arzunuzu gerçəkləşdirə bilərsiniz.
Buz hotel
İsveçdəki buz hotel. İsveçdəki bu hotel tamamilə buzdan hazırlanıb. Bu hotel hər il əriyir və yenidən tikilir, beləliklə, siz buraya ikinci dəfə gəlsəniz, tamam fərqli mənzərənin şahidi olacaqsınız.
Otaqların temperaturu mənfi 5 dərəcədə saxlanılır və qonaqlara isti çəkmələr, iri yatma çantası və maral dərisi verilir. Burada həmçinin haski sürmək və xizək sürmək kimi bir çox qış əyləncələri ilə məşğul olmaq da mümkündür.
Palacio de Sal hotel
Boliviyadakı Palacio de Sal otelinin divarları duzdan hazırlanıb. Hoteldə damdan və tualetdən başqa hər şey duzdan hazırlanıb. Mehmanxananın menyusunda duzlu cücə xüsusilə təklif olunur.
Hang Nga qonaq evi
Vyetnamdakı Hang Nga qonaq evi. Bu qəribə otelin xarici görünüşü sizə onun nəyə görə çox vaxt “Çılğın hotel” adlandırıldığını başa düşməyə kömək edəcək. Çöldəki beton qəribə ağacı xatırladır. Hörümçək torları və göbələk sizi Alisanın möcüzələr diyarındaymışsınız kimi hiss etməyinizə kömək olacaq. Otaqlar da ayrıca olaraq heyvanların və qəribə həşəratların konseptində hazırlanıb.