ailəvi otellər

Ən yaxşı ailəvi otellər

Turizm xidməti təşkil edən Hotels.com şirkəti bu il ailəvi istirahət etmək üçün dünyada ən yaxşı otelləri müəyyənləşdirib. Bu otellər Danimarkada yerləşən Bandholm Hotel və ABŞ-da fəaliyyət göstərən Stein Eriksen Lodge mehmanxanalarıdır.

5 ballıq qiymətləndirməyə görə hər iki otel 4.7 xal qazanıb. Bandholm Hotel-də qonaqlayanlar safari parkında gəzə, akvaparkda əylənə və əyləncə parkında istirahət edə bilərlər. Bundan başqa otel qonaqları üçün spa xidmətlər təklif edir. Həmçinin yaxınlıqda muzey də var.

Stein Eriksen Lodge oteli isə Park-Siti şəhərində yerləşir. Otel özünün dağ- xizək istirahət mərkəzləri ilə məşhurdur. Bundan başqa uşaqla rüçün oteldə tez-tez kvest oyunları keçirilir. Qalib olanlara isə növbəti dəfə otelə gələndə pulsuz qonaqlama kuponu verilir. Ən yaxşı ailəvi otel adı siyahısında ikinci pillədə isə Malayziyada yerləşən The Andaman, a Luxury Collection Resort, Meksikada yerləşən Fairmont Mayakoba, Fleur de Chine Hotel – Tayvan, Universal Port Hotel –Yaponiya.

Üçlüyü isə 4.5 xalla  Dubayda yerləşən JA Jebel Ali Beach Hotel və Braziliyada yerləşən Wish Resort Golf Convention Hotellləri tamamlayır.

Otellərin reytinqində 100 mehmanxananın adı yer alıb. Reytinq bütün dünyadan 25 milyondan çox insan arasında aparılan araşdırmadan sonra hazırlanıb.

Digər məsləhətlər

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »

Katelya Hotel

Kucukayasofya Mah. Ogul Sok. No: 21 Sultanahmet, Fatih, 34122 Istanbul, Turkey Katelya Hotel Sultanahmet rayonunda, Göy Məsciddən cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Otel pulsuz

Read More »