Qədim otellər

Ən qədim hotellər

Otelçilik ənənəsi 18-ci əsrdən mövcud olub. Bir çox ölkələr və bu ölkələrdə yaşayan nəsillər var ki hansı ki daim otelçilik ənənələri ilə öyünüblər. Qədim otelləri təqdim edirik.

Sabiq ABŞ prezidenti Franklin Ruzvelt 1933 ildə “The Mayflower” otelində keçirilən inaquarisiya nitqində deyir: “ Bizim ehtiyat etməli olduğumuz tək şey özümüzdən qorxudur.”

San Fransiskoda tarixi Perşing zalında yerləşən “The İnn at the Paradiso” 1903-cü ildə Amerikan ordusu tərəfindən subay zabitlər üçün tikilib.

Santa Fe şəhərindəki La Fonda on the Plaza-nın tarixi isə daha qədimdir. İspan koloniyaçıları tərəfindən 1607-cu ildə şəhərin əsası qoyulanda şəhərin ilk mehmanxanası bu ərazidə tikilmişdi.

Adı çəkilən otellərin tarixi əhəmiyyəti olmasından əlavə onları birləşdirən digər xüsusiyyət isə Havay ştatının paytaxtı Honolulu keçirilən Ən Yaxşı Tarixi Otellər mükafatlandırma  mərasimində  təltif olunmalarıdır.

Bu mükafatlandırma mərasiminin icraçı direktoru Laurens Horvitzin sözlərinə görə tarixi otellər səyahət edənlərə keçmişi kəşf etmək və tarixi birbaşa yerində yaşamaq imkanlarını təqdim edir.

Bu mükafatlandırma mərasimində iştirak etmək hüququ yaşı ən azı 50 il olan və Dövlət tərəfindən qeydə alınan Tarixi Abidələr siyahısında adı keçən otellərə verilir. Arizonada yerləşən “White Stallion” oteli 2016-cı ildə siyahıya edilən ən son əlavədir. Adı çəkilən otelin əsası 20cı əsrin əvvəllərində mal-qara rançosu kimi qoyulub. Ancaq bir müddət sonra mehmanxana kimi istifadə olunmağa başlayıb və artıq üç  nəsildir ki, Tru ailəsi tərəfindən idarə olunur.

San Fransiskoda yerləşən Palace Hotel-in idarə heyəti iddia edir ki, 1875-ci ildə otel istifadəyə verilən zaman şəhərin ilk lüks və ən geniş oteli olub və hələ də öz əzəmətini qoruyub saxlayır. 400-dən çox otağı olan otellər arasında ən yaxşı tarixi otel mükafatının qalib olması buna deməyə əsas verir.

Siyahıda ABŞ-dan kənardan yerləşən otellərin də adı çəkilir. İsveçrədə yerləşən Hotel Schweizerhof Luzern Avropanın ən yaxşı tarixi oteli kimi göstərilir. Qey edək ki,vaxtilə Mark Tveyn və Üinston Çörçil kimi məşhur şəxslər adı çəkilən otelin qonağı olublar.

Tam siyahısı ilə belədir:

ABŞ-ın ən yaxşı tarixi otelləri:

Ən yaxşı tarixi kiçik mehmanxana ( otaq sayı 75-dən az) Inn at the Presidio (1903), San Fransisko, Kaliforniya ştatı

Ən yaxşı tarixi otel (otaq sayı 76-200): La Fonda on the Plaza (1922), Santa Fe, Yeni Meksika ştatı

Ən yaxşı tarixi otel (otaq sayı 201-400): Mission Inn Hotel & Spa (1876) Riversayd, Kaliforniya ştatı

Ən yaxşı tarixi otel (otaq sayı 400-dən çox): Palace Hotel (1875), San Fransisko, Kaliforniya ştatı

Ən yaxşı şəhər mərkəzi tarixi oteli: The Mayflower Hotel (1925) Vaşinqton ştatı

Ən yaxşı tarixi istirahət mərkəzi: The Omni Homestead Resort (1766), Hot Springs, Virciniya ştatı

Dünya üzrə ən yaxşı tarixi otellər:

Avropa qitəsində: Hotel Schweizerhof Luzern (1845), Luzern, İsveçrə

Asiya və Okeaniyada: Hotel New Grand (1927) Yokohama, Yaponiya

Amerika qitəsində: Hacienda Xcanatún (1789) Merida, Mexico

Digər məsləhətlər

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »

Katelya Hotel

Kucukayasofya Mah. Ogul Sok. No: 21 Sultanahmet, Fatih, 34122 Istanbul, Turkey Katelya Hotel Sultanahmet rayonunda, Göy Məsciddən cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Otel pulsuz

Read More »