hotellər

Dünyanın ən bahalı hotellərinin adları açıqlanıb

Dünyanın ən bahalı hotellərinin adları bəlli olub. Açıqlanan qiymətlər bu otellərdəki ən ucuz nömrələrin qiymətidir.

Açıqlamaya görə  dünyanın ən bahalı otel nömrəsi 6 995 ABŞ dollar qiymətlə Seyşel adalarında olan “North İsland Lodge”dadır. İkinci sırada Fidji adasında olan “Laucala Resort” 5700, üçüncü sırada isə Botsvanadakı “Khwai River Lodge” 4710 dollar yer alır.

Növbəti sıraları müvafiq olaraq yenə də Botsvanadan “Savute Elephant Camp” və Eagle İsland Camp” 4710 dollar, Fransız Polineziyasından “The Brando” 3947 dollar, Seyşel adalarından “Fregate İsland” 3637 dollar, Kanadada “Clayoquot Wilderness Resort” 3347 dollar, ABŞ-da “The Ranch at Rock Creek” 3120 dollar, İtaliyada “Forte Village Resort” 2851 dollar, Tailandda “Four Seasons Tented Camp” 2772 dollar, Kanadada “King Pacific Lodge” 2641 dollar, ABŞ-da “Amangiri” 2499 dollar, Fidjidə “Turtle İsland” 2499 dollar, Cənubi Afrikada “Morukuru Family” 2480 dollar, ABŞ-da “The Lodge & Spa at Brush Creek Ranch” 2460 dollar, Seyşellərdə “MAIA Luxury Resort & Spa” 2310 dollar, İtaliyada “Villa del Parco Forte Village Resort” 2183 dollar, Kanadada “Queen Charlotte Lodge” 2069 dollar, və İtaliyada “Belmond Hotel Cipriani” 1869 dollar yer alıb.

Qeyd edək ki, ən bahalı 20 otel nömrəsinə sahib ölkələrdən Botsvana, Kanada, Seyşel, ABŞ və İtaliyanı hər birinin 3 oteli yer alıb. Fidjinin 2, Fransiz Polineziyası, Cənubi Afrika, Tailandın isə hər birinin 1 oteli siyahıya düşüb.

Digər məsləhətlər

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »

Katelya Hotel

Kucukayasofya Mah. Ogul Sok. No: 21 Sultanahmet, Fatih, 34122 Istanbul, Turkey Katelya Hotel Sultanahmet rayonunda, Göy Məsciddən cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Otel pulsuz

Read More »