Boliviyada duzdan düzəldilmiş heyrətamiz otel

Ən böyük duz səhrası- Boliviyadakı Salar de Uyuni kənarında dünyanın ən qeyri-adi otellərindən biri – Palacio de Sal yerləşir. Otel tamamilə duz bloklarından inşa edilmişdir. Onun yaradılmasına 10 min ton duz istifadə olunub. Bu otel bir çox turistlərin diqqətini cəlb edir.

Otel sahiblərinin sözlərinə görə, turistlər buranın həqiqətən buzdan hazırlanmış olmağına əmin olmaq üçün divarların dadına baxmağa cəhd edirlər. Buna görə də onlar duz bloklarını məhv olmaqdan qorumaq üçün bir sıra qadağalar tətbiq ediblər. Yağışlı havalarda isə materiallar vəziyyəti dəyişilir, buna görə də daha sonra onları bərpa etmək lazım olur.

Palacio de Sal 16 otaqdan ibarətdir. Otel bütün müasir avadanlıqlarla təchiz olunmuşdur. İstirahət edənlər üçün bir sıra prosedurlar təklif olunur: buxar hamamı, sauna, duz hovuzu və s.

Dəniz səviyyəsindən 3650 metr yüksəklikdə yerləşən dağ silsilələri içərisində duzlu çöllərlə əhatə olunan otel qonaqlarına nəinki gözəl qürub və ulduzlu səmadan zövq almağa fürsət verir, həm də xoş və unudulmaz tətil üçün hər cür şərait yaradır.

Digər məsləhətlər

İstanbul Fatihdə otellər

İstanbulun tarixi və mədəniyyət mərkəzi olan Fatih zəngin tarixi teksturası, bənzərsiz arxitekturası və əhəmiyyətli turistik yerləri ilə həm yerli, həm də xarici turistlərin diqqətini çəkən

Read More »

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »