Otel bronlama sistemi

Otelləri necə axtarmaq olar?

Bu məqaləyə “otello.az necə işləyir” başlığı da seçmək olardı. Bizim layihəmiz bütün dünyada otellərin qiymətləri üzrə axtarış sistemidir. Bunun üçün biz etibarlı agentliklər və otel şəbəkələri ilə müqavilələr bağlayırıq.

Axtarış bölmələrinə lazım olan bütün məlumatları qeyd edib “Axtar” düyməsinə basdığınız zaman minlərlə sürətli hörümçəklər agentliklərə uçub otel qiymətlərini istəyib geri qayıdırlar. Biz isə onları dərhal artan qaydada sıralayıb sizə təqdim edirik. Bütün bu manipulyasiyalara cəmi 30 saniyə vaxt sərf olunur.

İndi  isə təsəvvür edin ki, bu qiymətlərin hamısını özünüz araşdırmalı olursunuz. Bunun üçün hər bir agentliyin saytına daxil olub şəhərin adını, tarixləri, qonaqların sayını seçib, açılan otellər siyahısından bəyəndiyinizi seçmək gərəkdir. Bu əməliyyatları edərkən məlumatları kağızda/cədvəldə qeyd edib, sonra isə hər dəfə bu proseduraları təkrar etmək məcburiyyətində qalardınız.

Otel qiymətləri niyə dəyişə bilər? Hər bir agentlik, otellər ilə fərqli şərtlər altında işləyir. Məsələn bir agentlik Avropada yerləşir və təbii ki, Avropa otelləri çoxdandır onlarla əməkdaşlıq edirlər. Digər agentlik Asiyada yerləşir və onların qiymətləri dünyanın bu hissəsində ən yaxşı qiymətlərdir, üçüncü agentlik isə  Amerikada və s. Bu məlumatları araşdırıb yaddaşda saxlamaqdansa otello.az-dan istifadə etmək daha sərfəlidir, axı o sizin yerinizə bu işlərin hamısını görəcək. Otellərin qiymətlərinə fərqli agentliklər vasitəsi ilə baxın:

Uyğun qiymətə otel seçdikdən sonra siz agentliyin saytına keçid edib orada bronlaşdırmanı həyata keçirirsiniz. Gəlin razılaşaq ki, bu sizin vaxtınıza, əsəblərinizə və pulunuza qənaət etməyə kömək edəcək. Otelləri elə indi aşağıdakı sadə formada və yaxud otello.az saytı vasitəsi ilə tapa bilərsiniz.

Digər məsləhətlər

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »

Katelya Hotel

Kucukayasofya Mah. Ogul Sok. No: 21 Sultanahmet, Fatih, 34122 Istanbul, Turkey Katelya Hotel Sultanahmet rayonunda, Göy Məsciddən cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Otel pulsuz

Read More »