Oteldə qidalanma növlərinin qruplaşdırılması

Bir çox turistlər qidalanma növünü bildirən AI, HB, BB və s. abbreviaturlara fikir vermirlər, halbuki çox vaxt bu məqam oteldə yaşayışın dəyərinə təsir göstərən ən mühüm amillərdən biridir. Otel və qidalanma növünü seçməzdən əvvəl, ilk olaraq harada yemək yeyəcəyinizi və bunun üçün nə qədər vəsait xərcləyəcəyinizi planlaşdırmağa çalışın.

Ümumilikdə, otellər bir çox qidalanma variantları təklif edə bilərlər:

BО, RO və BB ekonom-variant

Əgər siz qənaət etmək istəyirsinizsə, bu zman sizə RO, BО və BB qidalanma növləri uyğun gələcək.

OB – “only bed” – yalnız gecələməyi nəzərdə tutur,

RO – “room only” – yalnız yaşayışı nəzərdə tutur,

BB – “bed and breakfast” – yaşayışın dəyərinə yalnız səhər yeməyi daxildir.

Müsbət tərəflər: Bu növ mehmanxanalar seçdikdə siz həqiqətən qənaət etmiş olacaqsınız, çünki otellər adətən gəlirlərinin çox hissəsini məhz qida sahəsindən əldə edir. Bundan əlavə siz acdığınız zaman, vaxt və təklif edilən yemək çeşidində məhdudiyyətlər olmadan səlbəst şəkildə seçim edə bilərsiniz.

Mənfi cəhətlər: Bəzi ölkələrdə, (məsələn, BƏƏ və Avropa ölkələrində) ayrıca qidalanma bəzən daha baha başa gələ bilər. Bundan əlavə qaldığınız otelin yaxınlığında restoran çeşidi də olmaya bilər.

HB, HB+, FB+ pansion

HB, HB+, FB+ tipli pansionlar əsasən istirahət zamanı spirtli içkilərdən az istifadə edən və isveç masasına üstünlük verənlər üçündür. Bu üç və dörd ulduzlu otellərdə ən çox yayılmış qidalanma tiplərindəndir.

НВ – “half board” – səhər və şam yeməyi, həmçinin ödənişsiz çay, kofe və su təklif edən yarım pansion növüdür,

HB+ – “half board+” – səhər və şam yeməyi, həmçinin bütün gün ərzində yerli istehsallı alkoqollu və alkoqolsuz içkilər təklif edən yarım pansion növüdür.

FB – “full board” – səhər yeməyi, nahar və şam yeməyi təklif edən tam pansion növüdür. Burada içkiləri əlavə ödənişlə əldə etmək mümkündür.

FB+ – “full board+” – səhər yeməyi, nahar, şam yeməyi və pulsuz içkilər təklif olunan tam pansion növüdür.

Müsbət tərəfləri: İstirahətiniz zamanı ac qalmayacaqsınız və “all inclusive” növündən fərqli olaraq daha az ödəniş etmiş olacaqsınız.

Mənfi cəhətləri: Vaxt məhdudiyyəti. Məsələn, bir çox otellərdə səhər yeməyi saat 7.00-dan 11.00-dək davam edir.

ALL, Al, UAL, UAI hər şey daxil

İstirahət zamanı özlərinə heçnədə imtina etməyənlər üçün ideal variant – Al, UAL, UAI, ALL tipli qidalanma növləridir.

ALL, Al – səhər, nahar və şam yeməyindən (isveç masası) başqa, gün ərzində sizə yerli istehsal olan spirtli və spirtsiz içkilər, əlavə qidalanma, yüngül qəlyanaltılar, barbekü və s. təklif edilir.

UAL, UAI – “ultra all inclusive” – bu halda sizə restoranda 5 dəfəlik tam qidalanma, bundan əlavə gün ərzində yerli və xarici istehsallı içkilər, geniş çeşiddə qəlyanaltı və şirniyyat seçimi təklif edilir.

Müsbət tərəflər: Siz bu xidmətləri seçdikdə istirahət zamanı yemək və aclıq haqqında bütün düşüncələri kənara qoyub rahat dincələ biləcəksiniz.

Mənfi cəhətləri: Bu tip qidalanma növü çox bahalıdır.