Oteldə heyvanlar ilə necə yerləşmək olar?

Oteldə heyvanlar ilə necə yerləşmək olar?

Ev heyvanlarının sahibləri (həmçinin ekzotik heyvanların) səyahət zamanı onlardan ayrı düşəndə çətinliklərə məruz qalırlar. Bu hal xüsusən də ilk dəfə ayrılıq yaşayan sahiblərdə baş verir. Heyvanların saxlanmasına  icazə verən otellərin axtarışının asan olmamasına baxmayaraq sahibkarlar çox vaxt agentliklərin köməyinə yox, sərbəst  axtarışlara üstünlük verirlər. Onlar zövqlərinə əsaslanaraq heyvanların özlərini daha rahat hiss edəcəyi yerlərə üstünlük verirlər. Otello.az –ın xüsusi xidməti bu kimi halların həllini asanlaşdırır.

Heyvanlara icazə olan oteli necə seçmək olar?

Əslində itin mövcudluğu yaşam rahatlığının pozulması demək deyil. Sayta daxil olan  istifadəçi, bir klik vuraraq dünyanın hər hansı bir yerində  ev heyvanları ilə özünü rahat hiss edəcəyi bir sıra otel tapa bilər. Otello.az  istifadəçinin xüsusi ehtiyaclarına uyğunlaşa bilən sistemə malikdir.

Otel seçərkən əsas addımlar

Saytın müvafiq sətrində təyinat yerini qeyd edərək açılan təqvimdə gəliş və gediş tarixlərinizi daxil edin. Daha sonra neçə nəfər olacağınızı qeyd edib “Qiyməti öyrən” düyməsinə sıxaraq otel təkliflərini ala bilərsiniz.  

Yuxarı hissədəki “Filter” panelinə diqqət yetirin. “Xidmətlər” menyusuna basın, açılan siyahıda “Heyvanlara icazə var” sətrini işarələyin. Bu işarə sizə nəyinki ailə üzvlərinizlə, həmçinin dördayaqlı dostunuzla rahat yaşamağa imkan yaradacaq.

Daha ətraflı məlumat üçün otel adına daxil olaraq “Otel nömrələri haqqında daha ətraflı ” linkinə daxil olun.

Turistlər yerləşərkən itlərin onlara maneə olacaqlarını düşünürlər. Lakin onları uzun müddətlik səyahətə götürmədikdə özlərini günahkar hiss edirlər. Axtarış səmərəliliyi bu dilemmanı həll edir.  İntuitiv interfeysinin köməyi ilə heyvanlar ilə yerləşmək hər iki tərəf üçün rahat olur və daha az güc və vaxt tələb edir. Nəticədə səyahətçi hazırlıqlarına rahat diqqətini cəmləyə bilir.  Geriyə qalır səyahət üçün lazımi sənədlər  və heyvanlar üçün təhlükəsizlik ağızlığı (böyük cinslər üçün).   

Elə indi otel keçidini klikləyərək, uyğun otellər axtara bilərsiz.