Otel seçimini necə edək?

Otel seçimini necə edək?

Dünyada çox saylı otellər olduğu üçün səyahətlərini sərbəst planlamağı sevən turistlər kompyuter qarşısına oturub otel seçimi edərkən hər dəfə baş agrısı ilə qarılaşırlar. Seçim edərkən qarşılacağınız çətinliklərdən biri də odur ki, gedəcəyiniz yolun uzun çəkməsinə (2, 5 , 10 saat) və oteldə bir neçə gün qalacağınıza baxmayaraq A nöqtəsindən B nöqtəsinə təklif olunan aviabiletlər elə də baha deyil. Otello.az xidməti istifadəçilərin rahatlığını nəzərə alaraq lazım olan kriteriyaları işarələmək və seçimi qısaltmaq imkanı yaradan funksiyalar təqdim edir.

Oteli necə seçmək lazımdır?

Saytın əsas səhifəsində otel axtarışı və bronlaşdırılması bölməsinə şəhəri, tarixi və qonaqların sayını daxil etdikdən sonra otellərin böyük siyahısı açılır. Daha dəqiq seçim üçün daha çox məlumat yerləşdirək:

Ekran görüntüsündə 31 filtrin yerləşdiyi və müxtəlif ayırımların qeyd olunduğu  Otello saytının yuxarı hissəsi görünür. Sizin istəklərinizə tam uyğun oteli seçmək üçün sizə aşağıda qeyd olunmuş alətlərdən istifadə etməyi tövsiyə edirik.

  • Büdcənizə uyğun olan məbləğ seçmək
  • Otelin ulduzlarının sayını seçmək
  • Yaxın ərazilərdə olan otellərin siyahısını görmək üçün gəzəcəyiniz  yerlərin və ya dəqiq ünvanların cədvəlini qeyd etmək
  • Həmçinin otelləri qonaqların rəylərinə və qiymətləndirməsinə görə seçə bilərsiniz.

Yüksək rəyləri olan otellərin qiyməti heç də hər zaman ən bahalı olmaya bilər. Bəzi hallarda bahalı beş ulduzlu otellərin qiymətləndirməsi yüksək olmur və ya əksinə.

 Otelin dəqiq adını bilirsinizsə filtr vasitəsi ilə ilk hərifini və yaxud tam adını yazıb axtarışa verə bilərsiniz.

Həmçinin sizə vacib olan (və ya arzuolunan) xidmətləri seçim edə bilərsiniz.

  • restoran
  • avtodayanacaq
  • heyvanlara icazə var
  • TV
  • camaşırxana
  • kondisioner
  • internet
  • hovuz
  • fitness mərkəzi

Sizin üçün uyğun olan yaşayış yerini qeyd edin: otel, qonaq evi, mənzil, hostel, motel, apartotel və s.

 “Əlavə” bölməsində isə tam fərqli xidmətlər siyahısı açılır: ödənişsiz Wi-Fi, səhər yeməyi daxildir, ödənişsiz ləğv, bank kartı olmadan bronlaşdırma və hətta siqaret çəkməyə icazə olan otellər.

otello.az servisinin köməyi ilə otel seçiminizi daha rahat edə bilərsiz.

Digər məsləhətlər

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »

Katelya Hotel

Kucukayasofya Mah. Ogul Sok. No: 21 Sultanahmet, Fatih, 34122 Istanbul, Turkey Katelya Hotel Sultanahmet rayonunda, Göy Məsciddən cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Otel pulsuz

Read More »