Otel otaqlarının növləri

Otel otaqlarının növləri

Turistlər sərbəst şəkildə tur və ya otel axtarışı edərkən çox vaxt anlaşılmazlıqlarla üzləşə bilirlər. TWN, SGL, DBL kimi qəribə abreviaturalar yalnız təcrübəli turistlər və turistik agentliklərin əməkdaşları tərəfindən başa düşülür.

Əslində isə onlar otel otaqlarının kateqoriyalarına görə bölgüsünün şərti terminalogiyalarıdır.

Yerləşməyə əsasən otaq növləri

  • Single (şərti işarə SGL)– 1 nəfərlik 1 otaqlı. Yataq sayı – 1.  
  • Double (şərti işarə DBL, DBL TWN) – 2 nəfərlik 1 otaqlı. Yataq sayı – 2 (double twin) və yaxud 1 böyük yataq.
  • Triple (şərti işarə TRPL) – 3 nəfərlik otaq. Adətən otaqda 2 yataq və əlavə divan, ya da qatlanan yataq olur.
  • Extra Bed (şərti işarə EXB) –əlavə yataq terminalogiyasıdır. Əsasən digər növlərlə birləşmiş variasiyalarda rast gəlinir: DBL+EXB, TRPL+EXB.   
  • Child (Infant)  (şərti işarə CHD )– uşaqlı qonaqlar üçün otaqlar. Bir sıra otellərdə 12 yaşınadək olan uşaqlar əlavə yataq ilə təmin edilmir. Bu səbəbdən müxtəlif yaşda uşaqların necə yerləşdiriləcəklərini əvvəlcədən aydınlaşdırmaq lazımdır. 12 yaşdan başlayan uşaqlar üçün isə böyüklər kimi adətən əlavə yataq verilir.

 Növlərdən birləşmiş variantlar

  • (SGL+CHD)- 1 nəfərlik otaq, 1 böyük və 1 uşaq üçün , (SGL+2 CHD)- 1 nəfərlik otaq, 1 böyük və 2 uşaq üçün.
  • (DBL+EXB) – 2 nəfərlik otaq əlavə yataq ilə, (DBL+CHD) – 2 nəfərlik otaq 2 böyük və 12 yaşına çatmamış 1 uşaq üçün, (DBL+2 CHD) – 2 nəfərlik otaq 2 böyük və 2 uşaq üçün, (DBL+EXB+CHD) – 2 nəfərlik otaq əlavə yataq ilə 3 böyük və 1 uşaq üçün.
  • (TRPL+1 CHD) – 3 nəfərlik otaq, 3 böyük və 1 uşaq üçün, (TRPL+2 CHLD) – 3 nəfərlik otaq,  3 böyük və 2 uşaq üçün.

Komfort dərəcəsinə görə otaq növləri

  • Yarı lyuks kateqoriyasına daxil olan daha yaxşı layihələndirilmiş nömrələr (Junior Suite).
  • Daha yaxşı layihələndirilmiş nömrələr, üstünlükləri 2 otaqdan ibarət olmaqlarıdır- lyuks kateqoriyasına daxildir (Suite).
  • Yüksək komfortlu nömrələr (De Luxe).
  • Dupleks nömrələr (Duplex).
  • İki və yaxud üç otaqlı ailəvi nömrələr (Family Room).
  • Mini-mətbəx ilə bir otaqlı nömrələr (Studio).
  • Standart bir otaqlı nömrələr (Standart).
  • Bungalow evlər.(Residence, Bungalow, Village, Chalet, Cabana).
  • Şəxsi mətbəxi olan mənzillər. (Apartament).
  • Bal ayında olan qonaqlar üçün otaqlar – lyuks kateqoriyasına daxildir. (Honeymoon Room).
  • Villalar – kiçik, lyuks, iki mərtəbəli. Çox vaxt öz bağı və hovuzu olur. (Villa, Villa Deluxe, Junior Villa. President Villa).

Otel seçərkən həmçinin turistlər pəncərədən açılan mənzərəyə də diqqət yetirirlər.

Otaqdan görünən mənzərəyə görə növlər

  • hovuz mənzərəsi olan otaqlar (PV, Pool View);
  • park (Park View);
  • dəniz (SV, Sea View);
  • şəhər (CV,City View);
  • dağlar (MV,Mountain View);
  • okean (OV, Ocean View);

Mənzərəsi dəqiq müəyyən olunmamış otaqlar (Run of house).

İndi isə aşağıdakı formanı dolduraraq otel axtarışına başlaya bilərsiz.