İstanbul otelləri

Istanbul
Burak Karaduman adlı kişinin Pexels'daki fotoğrafı

Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Yenikapıdakı arxeoloji qazıntılar zamanı aşkarlanan tapıntılar, İstanbulun tarixinin 8500 il əvvələ getdiyini ortaya çıxartdı. İstanbul yarandığı gündən bəri bir çox dövlətlərin hakimiyyəti altında olmuş, inkişaf etmiş və müxtəlif mədəniyyətlərin mərkəzi olmuşdur.

İstanbul iki qitədə yerləşən yeganə şəhərdir. Bosfor boğazının hər iki sahilində yerləşən şəhər Avropa ilə Asiyanı birləşdirir. Keçmişdə Bizans İmperiyasının paytaxtı olan İstanbul, indi mədəniyyət və turizm mərkəzidir. Heyranedici yerli memarlığı, gözəl iqlimi və dənizi sayəsində hər il dünyanın hər yerindən çoxlu sayda turist İstanbulda qonaq olur. Bunun sayəsində də İstanbul Türkiyənin həm istirahət, həm də biznes mərkəzi adını qazanıb. İstirahət mərkəzi olaraq İstanbulda otel seçimi çox genişdir. Hər cür zövqə və büdcəyə uyğun variantlar mövcuddur.

XIX əsrdə İstanbul otelləri:

d`Angletterre – İstanbul Boğazının Rumeli tərəfində Beyoğlu İstiqlal küçəsi ilə Humbaracı yamacının kəsişməsində Osmanlı İstanbulunun ilk oteli tikilmişdir. Otel 1841 – ci ildə fəaliyyətə başlamışdır. Oteli idarə edən və binanı tikdirən Müsyo Mıssiricdir. Otel 1891 – ci ildə London oteli və 1895 – ci ildə Pera sarayının açılışına qədər İstanbulun 50 illik ən yaxşı oteli kimi tanınmışdır.

Hotel Royal – İstanbul Boğazının Rumeli tərəfində Beyoğlu Refik Saydam küçəsiylə Meşrutiyet küçəsinin kəsişməsində 1876 – cı ildə tikilmiş məşhur Beyoğlu otelidir. Son 125 ildə bir çox məqsədlər üçün istifadə olunan bina hələ də otel olaraq fəaliyyət göstərir. 1870 – ci ildə Beyoğlunun böyük bir hissəsi yanmışdır.

Royal Hotelin bugünki binası 1876 – cı ildə istifadəyə verilən, yanğından sonra tikilən binadır. 1895 – ci ildə otel “ d`Angletterre” ilə birləşdi və adı dəyişdirilib “ Hotel Royal et d`Angletterre”, Cümhuriyyət vaxtı isə “Alp otel” olmuşdur.

Pera Palace Hotel – 1895 – ci ildə memar Alexandre Valleury tərəfindən Beyoğlu Tepebaşı Meşrutiyet küçəsində tikilmişdir. Bu otel İstanbulda ilk elektrikli lift və isti suyun verildiyi bina idi. Pera Palace otelin Mustafa Kemal Atatürk, İsmet İnönü, Queen II Elizabeth, Pierre Loti, Ernest Hemingway kimi tanınmış qonaqları olmuşdur.

M.K. Atatürkün evi kimi istifadə etdiyi, vacib qərarlar aldığı və qonaqlar qəbul etdiyi 101 nömrəli otaq 1981 – ci ildən anadan olmasının 100 illiyi münasibətilə muzey otağına çevrilmişdir.

Müasir dövrümüzdə İstanbul otelləri:

Məşhur Radisson Blu Hotel & Spa, İstanbul Tuzla Sabiha Gökçen hava limanına 7,5 km məsafədə yerləşir. Otel qonaqlara spa mərkəzinə pulsuz giriş imkanı təqdim edir. Restoran və açıq bufetdə müxtəlif növdə yeməklər təqdim olunur.

Four Season İstanbul at Sultanahmet oteli mədəniyyət abidəsi olan Mavi Məscidə yaxın yerləşir. Otel çox rahat həyəti ilə neoklassik binada yerləşir. Binanın A`YA salonunda spirtli içkilər və ənənəvi ləzzətli qəlyanaltılara əlavə olaraq türk şirniyyatlarının dadına baxa bilərsiniz. Otelin spa bölməsində isə sağlamlıq və gözəllik prosedurları təklif olunur.

İstanbulun nüfuzlu bölgəsində, Boğaziçi sahilində ailələr üçün ideal sayılan Çırağan Sarayı Kempinski İstanbul oteli yerləşir.

Bu İstanbul oteli Osmanlı İmperiyası dövrünə aid tək saray və oteldir. Otelin restoranları ənənəvi türk və xarici mətbəxlərini təqdim edir.