Endirimli otel necə tapmaq olar?

Endirimli otel

Əgər siz tətilinizin hansı şəhərdə keçirəcəyinizə qərar vermisinizsə və geriyə yalnız otel seçimi qalırsa məqaləni oxuyun. 

İstirahət zamanı aviabilet xərclərindən sonra ən çox yaşayışa görə ödəniş etməli olursunuz. Aviabilet alarkən aviaşirkətlərin promo aksiyaları vasitəsi ilə qənaət edə bilərsiz. Bəs otellərə necə qənaət etmək olar?

Bizim saytımızda istirahət edəcəyiniz şəhərin bütün məşhur yaşayış yerlərinin qiymətlərini müqayisə edə bilərsiniz. Həmçinin otellərdə olan edirimlər haqqında da bizim sayt vasitəsi ilə məlumat ala bilərsiniz. 

Bizim saytımızın vasitəsi ilə endirimli otelləri necə tapmaq olar?

Saytın əsas səhifəsində doldurmağınız lazım olan bir forma görəcəksiniz: şəhərin və ya istədiyiniz otelin adı, qalmaq istədiyiniz tarixlər və neçə nəfər olacağınız. Daha sonra “Qiymətləri əldə et” düyməsini sıxmalısınız.

Saytımızın axtarış sistemi sizin üçün ən gözəl və ucuz otelləri seçəcək, həmçinin sizə uyğun olan tarixə hansı otellərdə endirim olacağını öncədən bildirəcək. Əgər həmin tarixdə endirimli otellər  varsa, “Endirimlər” linkinin yanında neçə otelin aşağı qiymətlərlə qonaq qəbul etməyə hazır olması barədə mesaj qırmızı buludun içərisində görünəcək.

“Endirimlər” linkinə daxil olaraq bütün endirimli otellər və qiymətlərlə tanış olmaq mümkündür  

Daha sonra isə açılan endirimli otellər siyahısından birini seçib otaq bronlaşdıra bilərsiniz.

Endirimləri nəzərə alıb iki-üç ulduzlu otel əvəzinə, eyni qiymətə dəbdəbəli beşulduzlu oteldə VİP qonaq kimi dincələ bilərsiniz.

Bahalı otellərdə, bir qayda olaraq, digər aksiyalar da keçirilir. Bu aksiyalara xüsusi qidalanma, spa-salon xidmətləri, uduşlu yarışlar və yaxud aktiv istirahət üçün avadanlıqların icarəsi daxil ola bilər. Endirimli oteldə yerləşdikdə ikiqat-  həm yerləşməsi,  həm də xidmətlərdə qənaət etmiş olacaqsınız. Qalan pulunuzu isə istədiyiniz kimi xərcləyə bilərsiniz.

Bizim sayta müraciət edərək bahalı ekzotik ölkələrin endirimli otellərində istirahət etmək imkanınız olacaq. Digər saytlara keçid etmədən elə indi otellər bölümündən axtarış edin.