booking

Bookingdə bronlaşdırmanı necə ləğv etmək olar?

Booking – səyahət zamanı sizə uyğun yaşayış yeri tapmağı və bronlaşdırmanı asanlaşdıran məşhur onlayn platformadır.

Bronlaşdırmanın E-poçtla ləğvi
Bookingdə otel nömrəsinin bronu zamanı sizin e-poçtunuza təsdiq məktubu göndərilir. Bu məktubda “Bronlamanı ləğv etmək” düyməsi var.

Düyməyə basdıqda siz bronlamanın məlumatları olan səhifəyə keçid edirsiniz. Səhifənin aşağısında daha bir qırmızı rəngdə “Bronlamanın ləğvi” düyməsini görəcəksiz. Bu düyməni sıxdıqda  bronu  ləğv etmiş olacaqsınız.

Vacibdir!

  • Qırmızı düymənin altında yazılan məlumata diqqət yetirin. Burada bronlaşdırmanın hansı müddət ərzində ləğv olunacağı haqqında məlumat qeyd olunur.
  • Ödənişsiz bron ləğvini yalnız əvvəlcədən bu opsiyanı seçdikdə etmək mümkündür.
  • Booking-də çox vaxt ödənişsiz bron ləğvi  bahalı otel nömrələrinə təklif olunur.  Bron zamanı diqqətli olun. 
  • Nəzərə alın ki, ödənişsiz bron ləğvi ən az sizin nömrəyə yerləşməyinizdən 2-3 gün əvvəl və ya daha tez bitir. Müxtəlif otellərdə şərtlər fərqlidir. Buna görə bronlaşdırmadan əvvəl ətraflı məlumat alın. Əgər siz bronu yerləşəcəyiniz gündən 1 gün əvvəl ləğv etmək qərarına gəlmisinizsə, otel sizin ödəmə kartınızdan ödənişi tutur və sizin məlumatlarınızı otel nömrəsindən silir. Hansı məbləğdə vəsaitin çıxılması isə oteldən və şərtlərdən asılıdır.

Bookingdə otel bronu ləğvinin şərtləri

Əgər bronlaşdırmanın ləğvinə cərimə qoyulubsa, məbləğ otel nömrəsinin ödənişindən tutulur.
Bundan əlavə hesabınızdan məbləğin tutulması zamanı problem yaranarsa, sizin E-poçtunuza cərimə ödəməsinin gərəkliliyi barəsində məlumat gəlməlidir.
Nəticə olaraq, bronlaşdırmanın E-poçtla ləğvi yalnız otelin ayırdığı vaxt ərzində planlarınızın dəyişdiyi zaman sərfəlidir.

Bookingdə ödənişsiz bron ləğvinə yetişmədinizsə, cərimədən necə azad ola bilərsiniz?

Əgər fors-major halı baş veribsə cərimədən necə azad olmaq olar?

1-ci addım
Bron etdiyiniz otelə rəsmi elektron məktubu yazın:

  • Bronlaşdırmanın ləğvinin səbəbini qeyd edin
  • Cəriməni nə üçün ödəyə bilmədiyinizi yazın (məsələn, pulunuz olmadığı üçün)
  • Oteli çox bəyəndiyinizi və gələcəkdə yenidən bu otelə gələcəyinizi mütləq qeyd edin.
  • Əgər Avropa, Asia və s. ilə əlaqə qurursunuzsa məktubu ingilis dilində yazın.
  • Məktubu otelin E-poçtuna göndərin.

2-ci addım
Sizin məktubunuza iki gün sonra cavab gəlməlidir. Əgər cavab olaraq sizə bookingdə bronu özünüzün ləğv etməyinizi məsləhət görüblərsə, sonunda sizdən cəriməni ödəməyinizi tələb edəcəklər. Bu halda ikinci və daha geniş məktub yazın.

Məsələni izah edin ki, siz otelə gəlməyəcəksiniz və cəriməni də ödəyə bilməyəcəksiz. Oteldən xahiş edin ki, Bookingdən sizin bronu cəriməsiz ləğv etməyi rica etsinlər. Otel haqqında mümkün qədər çox xoş sözlər yazın. Belə möhtəşəm oteli çox qısa müddətdə bron edəcəkləri fikri ilə motivə edin.

Əksər hallarda müsbət geri dönüş olur. Əslində, Bookingdə aktiv hesab kartınızı istifadə etməmisizsə onların heç başqa çarəsi də qalmır. Əks halda otel ilə daha inandırıcı danışıqlar aparmalısınız.

Digər məsləhətlər

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »

Katelya Hotel

Kucukayasofya Mah. Ogul Sok. No: 21 Sultanahmet, Fatih, 34122 Istanbul, Turkey Katelya Hotel Sultanahmet rayonunda, Göy Məsciddən cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Otel pulsuz

Read More »