Ailəvi otellər nədir?

Ailəvi otellər nədir?

Uşaqlarla birgə istirahət hərtərəfli hazırlıq tələb edir. Uyğun olan kurort seçimi sizə problem yaratmasa belə, otel seçimində çətinlik çəkə bilərsiniz.  Ailəvi otellər uşaqların kollektivdə istirahətini, valideyinlərin isə birgə ünsiyyətini təmin edir. Bir sözlə, bu otellər uşaqlı ailələrin rahatlığı üçün fərqli xidmətlər göstərir.  

Ailəvi otellərin üstünlükləri:

  • təhlükəsizlik xidməti;
  • təmiz qumlu çimərlik (otelin özündə olmasına daha çox üstünlük verilir);
  • inkişaf etdirilmiş çimərlik infrastrukturu
  • dənizə maneəsiz birbaşa keçid yolu;
  • uşaqlar üçün isitmə sistemi olan hovuz (dəniz suyu olan hovuzlara daha çox üstünlük verilir);
  • oyun meydançaları, zoopark, aquapark və yaxud uşaq atraksionları olan böyük yaşıllıq sahə;
  • yaxınlıqda yerləşən supermarket, aptek
  • rahat ailəvi otel otaqları;
  • müxtəlif qidalar, uşaq menyusu;
  • bütün ailəyə uyğun proqramlar;
  • səs-küysüz gecə;
  • otaqların yüksək keyfiyyətli təmizliyi;
  • sağlamlıq imkanları (SPA, idman zalı, hamam/sauna və s.)
  • uşaq-yeniyetmə klubu
  • uşaq baxıcısı və yaxud uşaq baxımı servisi
  • tibbi mərkəz və həkim xidmətləri

Bundan əlavə ailəvi otellər ayrılmış otaqlar və ya bir otaqlı nömrələrdə  uşaq yatağı və uşaq yemək oturacağı ilə birgə təklif oluna bilər. Əlavə üstünlük isə qab-qacaqlar, mətbəx avadanlıqları, paltar yuyan maşını olan kiçik mətbəxin olmasıdır.

Keyfiyyətli xidmətlər təklif edən ailəvi otellər uşaqların təhlükəsizliyini təmin edir. Məsələn, pilləkənlərdə tutacaqlar olur, xidmət otaqları kilidli olur, elektrik mənbələri qapayıcılar ilə qorunur  və s.

Ailəvi otellərdə xidmətlər

Uşaqlarla birgə tətilə getdikdə animatorların fəaliyyət göstərib-göstərməməsi barədə məlumat almaq pis olmazdı. Körpələr və yeniyetmələr animatorların nəzarəti altında idman və intellektual yarışlarla və yaxud rəqslə məşğul olduqları zaman böyüklər də öz istirahətlərini edə bilərlər.  

Böyük səs-küylü və ziyarətçi sayı çox olan otellərdənsə daha çox xidmətlər təklif edən kiçik rahat kurort seçmək məsləhətlidir.

Rahat və büdcəyə uyğun səyahət üçün turist sənayəsi bütün dünyada ailəvi istirahət edənlərə  geniş qiymət  aralığı ilə çox sayda otellər təklif edir. Otelləri elə indi otello.az –dan axtarın.

Digər məsləhətlər

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »

Katelya Hotel

Kucukayasofya Mah. Ogul Sok. No: 21 Sultanahmet, Fatih, 34122 Istanbul, Turkey Katelya Hotel Sultanahmet rayonunda, Göy Məsciddən cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Otel pulsuz

Read More »