Batumidə otellər

Batumidə otellər

Yay mövsümündə ölkə vətəndaşlarının ən çox üz tutduğu xarici ölkələrdən biri də Gürcüstandır. Bu ölkədə, azərbaycalı turistlər əsasən ya Tiflisə ya da Batumiyə səfər edirlər. Qeyd edək ki, elə Gürcüstana səfər edən turistlər arasında da Azərbaycan vətəndaşları say baxımından liderlik edir.

Batumiyə hazırda çox sayda azərbaycanlının səfər etdiyini nəzərə alaraq bu istirahət şəhərində otellərin qiymətlərini təqdim edirik.

Batumidə otellər çoxdu. Burada həm dəniz kənarında həm də dənizdən bir qədər aralıda yerləşən otellər var.

Hilton Batumi

5 ulduzlu otel Batumi şəhərinin mərkəzində 6 may parkının yaxınlığında yerləşir. Otel Qara dəniz sahilindən 200 metr aralıda yerləşir. Qonaqlar üçün hovuz, spa salon və müalicə mərkəzləri təqdim olunur. İki nəfərlik otaqda bir nəfərin qonaqlaması 238 manatdan başlayır. 3 nəfərlik nömrələrin qiyməti isə bir nəfər üçün 302 manatdır. Səhər yeməyi sifariş etmək üçün isə əlavə 32 manat ödəmək lazım olacaq.

Hotel 725

Otel Batumi aquaparkından 1 kilometr aralıda yerləşir. 3 ulduzlu mehmanxana 2016-ci ildən fəaliyyət göstərir. Oteldə iki nəfərlik otaqda bir nəfərin gecələməsi 106 manatdır. Göstərilən qiymətə səhər yeməyi də daxildir.

Hotel Gama

Ulduz təsnifatı olmayan Gama otel Qara dənizin yaxınlığında yerləşir. Həmçinin otelin yaxınlığında Ardaqani adlı göl mövcutdur. Otelin ümumi mətbəxi var hansı ki, qonaqlar burada istədikləri yeməkləri hazırlaya bilərlər. Oteldə bir nəfərlik otaqlar 71 manatdır. Qeyd edək ki, bu qiymətə səhər yeməyi daxil deyil.

Hotel Lim

Otel 2015-ci ildən fəaliyyət göstərir. Mehmanxananın ulduz təsnifatı yoxdur. Otel Batumi beynəlxalq hava limanından 4 kilometr aralıda yerləşir. Oteldə bir nəfərlik otaqların qiyməti 83 manardır. İki nəfrlik otaqda bir nəfərin qonaqlaması isə 85 manatdır. Səhər yeməyi üçün əlavə ödəniş etmək lazımdır.

Hotel İberia

3 ulduzlu İberia otel Batumi aquaparkının və Qara dəniz sahilinin yaxınlığında yerləşir. Qiymətlərə gəlincə isə bir nəfərlik otaqda qonaqlama 141 manatdır. İki nəfərlik standart otaqda bir nəfərin qonaqlaması isə 155 manatdır. 3 nəfərlik otaqlar 219, 4 nəfərlik otaqlar isə 254 manatdır. Qeyd edək ki, sadalanan qiymətlərə səhər yeməyi də daxildir.

Best Western Plus Batumi

Otel dəniz sahilində yerləşdiyindən eyvandan birbaşa dənizə mənzərə açılır. Həmçinin otelin yaxınlığında aquapark yerləşir. Qonaqlar üçün hava limanından otelə pulsuz transfer təşkil olunur. Otel 2017-ci ilin 25 iyul tarixindən istifadəyə verilib. Mehmanxanada qonaqlama qiymətlərinə gəlincə isə iki nəfərlik otaqda bir nəfərin gecələməsi 191 manatdan başlayır. 3 nəfərlik otaqların qiyməti isə 230 manatdan başlayır.

Digər məsləhətlər

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »

Katelya Hotel

Kucukayasofya Mah. Ogul Sok. No: 21 Sultanahmet, Fatih, 34122 Istanbul, Turkey Katelya Hotel Sultanahmet rayonunda, Göy Məsciddən cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşir. Otel pulsuz

Read More »